2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Youtube” rəqib tanımır – “RuTube” videohostinqi əbədiyyətə qovuşdu?

Ötən gün “YouTube”un Rusiya analogiyası olan “RuTube”a edilən kiberhücum nəticəsində videohostinq bərpa oluna bilmir.

Bu barədə videohostinqin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, haker hücumu sonucunda əsas versiyanın baza və infrastrukturunun 75 %-i, həmçinin baza məlumatlarının bərpasına lazım olan rezerv surət və klasterlərin 90 %-i zədələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda Rusiyanın “The Village” nəşrinin məlumatına görə, mayın 9-u baş tutan hücumdan sonra videoservisi bərpa etmək mümkün olmayacaq.

Nəşr bildirib ki, saytın kodu tamamilə silinib. Mənbənin sözlərinə görə, kiberhücum sayta giriş kodlarının sızması səbəbindən mümkün olub.

Mayın 10-da səhər saatlarında “RuTube”un mətbuat xidməti kodun itirilməsi ilə bağlı məlumatın doğru olmadığını açıqlayıb.

Bundan başqa, ötən gecə servisin mətbuat xidməti teleqram üzərindən Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorova ukrayn dilində müraciət edib. Bu barədə nazir teleqramda da yazıb:

“Artıq ikinci gündür işləməyən “RuTube” ukraynca danışmağa başlayıb. Kreml (ukrayn dilində) danışanacan işləməyə davam edəcəyik”.

24 saat” ““Youtube” rəqib tanımır – “RuTube” videohostinqi əbədiyyətə qovuşdu?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button