2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zəlzələ qurbanlarının sayı 33 mini keçir. 131 şübhəli…

Türkiyə və Suriyada zəlzələdən bir həftə keçir, təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir. Zəlzələ qurbanlarının ümumi sayı 33 mini keçib. Bu, Türkiyədə 1939-cu ildən bəri ən çox ölümlə nəticələnmiş zəlzələ hesab olunur.

Saytların yığılması Saytlarin yigilmasi

“Reuters” xəbər verir ki, Türkiyənin cənubundakı Antakya şəhərinin mərkəzi rayonlarından birində şirkətlər mağazalarını qarətdən qorumaq üçün boşaldıblar.

Yerli sakinlər və digər şəhərlərdən gələn yardım işçiləri təhlükəsizlik şəraitinin pisləşməsindən, dağılmış şirkət və evlərdən oğurluq hallarından gileyləniblər.

Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin talançılara qarşı sərt tədbir görəcəyini deyib.

Suriyada üsyançıların əlində olan şimal-qərb hissəyə hökumətin nəzarətində olan ərazilərlə müqayisədə daha az yardım çatdırılıb.

“Suriyanın şimal-qərb hissəsində adamlara kömək edə bilməmişik. Onlar haqlı olaraq özlərini atılmış hiss edirlər”, – BMT-nin yardım üzrə başçısı Martin Qriffis (Martin Griffiths) Türkiyə-Suriya sərhədindən tvitində yazıb.

Vaşinqton Suriya hökumətini və ölkəyə nəzarət edən digər qüvvələri ehtiyacı olanlara humanitar yardıma çıxışa dərhal imkan verməyə çağırıb.

Zəlzələdən artıq tam bir həftə keçməsinə baxmayaraq, hələ də dağıntılar altından sağ qalanlar çıxarılır. Çinli xilasedicilər və türkiyəli yanğınsöndürənlər 54 yaşlı suriyalı Malik Milandini çıxarıblar. O, Antakyada dağıntılar altında 156 saat qalıb.

“Reuters” agentliyi bəzən nəqliyyat vasitələrinin dayandığını, xilasedicilərin dağıntılar altında həyat işartılarını aşkarlaması üçün sükuta ehtiyac yarandığını yazır.

Bazar günü ata və qızı, bir körpə və 10 yaşlı bir qız da çıxarılıb, ancaq getdikcə belə səhnələr azalır, ölü sayı isə amansızcasına artır.

Yaşayış binalarının zəlzələyə davamlılığı Türkiyədə ən çox müzakirə olunan məsələdir. Ölkənin vitse-prezidenti Fuat Oktay bəzi binaların dağılmasına görə məsuliyyət daşımaqda şübhəli bilinən 131 nəfərin müəyyənləşdirildiyini deyib.

Bu zəlzələ əsrin ən çox ölümə səbəb olmuş altıncı təbii fəlakəti hesab olunur. 2003-cü ildə qonşu İranda zəlzələdən 31 min nəfər ölmüşdü.

Hazırda Türkiyədə ölü sayı 29 min 600-ü, Suriyada isə 3 min 500-ü keçib.

Türkiyə xəstəxanalara 80 minədək, müvəqqəti sığınacaqlarda 1 milyondan çox insanın yerləşdirildiyini bildirib.

24 saat” “
Zəlzələ qurbanlarının sayı 33 mini keçir. 131 şübhəli…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button