2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zaxarova Ermənistanı danışıqlar prosesinə mane olmaqda günahlandırıb

Yayımlandı: 12 Yanvar 2023 12:28

“Ermənistan rəhbərliyi Mirzoyanın səfərini ləğv etməklə münasibətlərinin normallaşmasına mane oldu”

“Rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova yanvarın 12-də keçirdiyi brifnqdə səsləndirib.

Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın bir gün əvvəl mətbuat konfransında söylədiklərinə belə reaksiya verib:

“Mətbuat konfransı zamanı Ermənistanın Baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi münaqişənin hansısa “hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb”.

XİN rəsmisi xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi:

“İki ölkənin liderləri buna razılıq vermişdilər, hər şey də hazırlanmışdı. Amma xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın yolu ətrafında vəziyyətin müzakirəsinə mane oldu”.

“2022-ci ilin oktyabrında Praqada keçirilən sammitin yekunlarına dair bəyanatda öz əksini tapmış Bakı ilə sülh müqaviləsi hazırlayarkən Yerevanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması danışıqlar prosesinin məntiqini kökündən dəyişdi. Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etdi. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə Yerevan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir”, – deyə Zaxarova vurğulayıb.

O qeyd edib ki, əgər erməni tərəfdaşlar, həqiqətən də, üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsi istiqamətində müəyyən edilmiş problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır:

“Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button