2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski deyir ki, müharibəni ‘bitirmək vaxtıdır’

Prezident Volodimir Zelenski dünya liderlərinə deyir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini “indi” bitirmək vaxtıdır. O, müddəti bitmək üzrə olan taxıl ixracı sazişini uzatmağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Rusiyanın dağıdıcı müharibəsini indi bitirməyin vacibliyinə, bunun mümkün olmasına inanıram”, – Zelenski noyabrın 15-də İndoneziyanın Bali adasında keçirilən G20 sammitinə videomüraciətində deyib.

“Bu, minlərlə həyatı xilas edər”, – xəbər agentlikləri Zelenskinin nitqini yayıblar.

O qeyd edib ki, Ukrayna Xerson şəhərindən çıxan Rusiya əsgərlərinin yenidən qruplaşmasına imkan verməyəcək. Prezidentin sözlərinə görə, Ukrayna işğal olunmuş ərazisinə nəzarəti bərpa edənəcən daha çox döyüş olacaq.

Xersonun həftəsonu işğaldan azad edilməsi fevralın sonunda Rusiya hücuma başlayandan bəri Ukraynanın ən böyük uğurlarından biridi.

Zelenski Moskvanı Ukraynadakı qüvvələrinin hamısını geri çəkməyə və Ukraynanın ərazi bütövlüyünü tanımağa çağırıb. O xəbərdarlıq edib ki, Kiyev suverenliyini, ərazisini və müstəqilliyini güzəştə getməyəcək. Zelenski ukraynalı əsirlərin hamısını buraxmağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin sammitə getməyib, Xarici işlər naziri Sergey Lavrovu göndərib.

İyulda BMT-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma Rusiya hərbi gəmilərinin bağladığı limanlardan Ukrayna taxılının, digər ərzaq məhsullarının daşınmasına imkan verir. Sazişin müddəti noyabrın 19-da başa çatır.

BMT bu saziş çərçivəsində 10 milyon ton taxıl və digər məhsulun daşındığını bildirir. Zelenski deyib ki, sazişin müddəti “müharibənin necə bitməsindən asılı olmayaraq” qeyri-müəyyən vaxtadək uzadılmalıdır.

Ukrayna ordusunun noyabrın 15-də səhər yaydığı məlumata görə, Donetsk vilayətindəki mövqelərə Rusiyanın hücumları dəf olunub.

Ordu Rusiya qüvvələrinin Dnepr çayının sol sahilində müdafiə xətlərini möhkəmləndirdiyini bildirir.

24 saat” “
Zelenski deyir ki, müharibəni ‘bitirmək vaxtıdır’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button