2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zelenskinin müşaviri istefa verib: “Prinsipial səhv istefa deməkdir”

Yayımlandı: 17 Yanvar 2023 14:19

“Keçən dəfə mən gedəndə ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq?”

Oleksiy Arestoviç Ukrayna Prezident Aparatının ştatdankənar müşaviri vəzifəsindən istefa verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Oleksiy Arestoviç yanvarın 17-də “Facebook”da məktubunu yayıb.

“Mən istefa məktubu yazdım. Sivil davranış nümunəsi göstərmək istəyirəm. Prinsipial səhv istefa deməkdir”, – deyə Oleksiy Arestoviç yazıb.

“Keçən dəfə mən gedəndə ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq?”, – o əlavə edib.

Mənbə: “Facebook”

Ukrayna mediası yazır ki, yanvarın 14-də Oleksiy Arestoviç hüquqşünas, “Фейгин Liv” kanalının aparıcısı Mark Feyqinlə söhbətində Rusiya raketinin Dneprdəki hündürmərtəbəli binaya düşməsinin Ukrayna hava hücumundan müdafiə sisteminin işinin nəticəsi olduğunu bildirib.

Bu açıqlama Kremlin təbliğatçıları tərəfindən dinc əhalinin qətlində Ukraynanın günahkar olmasının sübutu kimi təqdim edilib. Amma ardınca O. Arestoviç deyib ki, bu, sadəcə, “spekulyasiya” idi, Dneprdəki faciə Rusiyanın silahlı təcavüzünün nəticəsidir.

Bundan sonra Ukrayna Ali Radası O. Aretoviçin istefası ilə bağlı imza toplamağa başladığını açıqlayıb.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ötən ilin sentyabrın 30-da isə Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button