2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Media haqqında” qanunla bağlı Venesiya Komissiyasının rəyi (çıxarış) (II Hissə)

Avropa Şurası

Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası

(Venesiya Komissiyası)

 

“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY

I hissə üçün keçid edin

 

Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb. “Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

Saytların yığılması Saytlarin yigilmasi

 Media, jurnalistlərin fəaliyyətinə və məzmunla bağlı məhdudiyyətlər haqda – Qanunun 7-9, 11, 14, 15 və 21-ci maddələri

  1. Qanun media quruluşlarının və jurnalistlərin fəaliyyətinə və xəbərlənə biləcəklərin məzmununa müxtəlif məhdudiyyətlər gətirir və beləlikə, onların Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququna müdaxilələri nəzərdə tutur. AİHM-in presedent hüququna görə, demokratik cəmiyyətdə medianın əsil rolu, ictimaiyyətin lazımı qaydada məlumatlandırılması hüququ üçün ictimaiyyəti maraqlandıran bütün mövzularda onları bilgiləndirmək və ideyaları ötürmək vəzifəsidir. Aşağıdakı bölmələrdə bu müdaxilənin əsaslandırılıb-əsaslandırılmadığı analiz ediləcək. Konvensiyanın 10-cu maddəsinə yönəlik müdaxilələr müzakirə mövzusudursa, AİHM-in aşağıdakıları incələdiyini yada salmaq lazımdır:

1) qanunda nəzərdə tutulmuş müddəaların əlçatan və öncədən görülə bilən olması (və ya dəqiq olması) baxımından müzakirə mövzusu olan müdaxilənin “qanunda nəzərdə tutulmuş” olub-olmaması;

2) müdaxilənin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş qanuni məqsədlərdən, yəni, “milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai təhlükəsizliyin qorunması, iğtişaşların və ya cinayətlərin qarşısının alınması, sağlamlığın qorunması, mənəviyyatın mühafizəsi, başqalarının reputasiyasının və ya hüquqlarının müdafiəsi, məxfilik əsasında əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, məhkəmə sisteminin nüfuzunun qorunması və  qərəzsizliyinin təmin edilməsi” kimi əsaslardan birinə yönəlik olub-olmaması;

3) müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyi”– Məhkəməyə görə, tədbirlər “təxirəsalınmaz sosial zərurətdən”dan doğmalı və qanuni məqsədə çatmaq üçün tətbiq edilmiş tədbirlərlə ifadə azadlığına dəyən zərər arasında mütənasib tarazlığın qurulması təmin edilməlidir. Media və jurnalistlərin azadlığının təhlükə altında olduğu durumlarda, rəsmi qurumlar “qarşısıalınmaz sosial ehtiyac”ın olub-olmaması barədə qərar vermə zamanı məhdud mülahizə sərbəstliyinə malikdirlər. Bu səbəbdən Məhkəmə, milli qurumların müdaxilə tədbirlərini haqlı çıxarmaq üçün uyğun və yetərli əsaslar təqdim edib-etmədiyini dərindən incələyir.

  1. İnformasiyaların Qanunun 7-9, 11, 14, 15 və 21-ci maddələrinə zidd olaraq yayılması audiovizual medianın lisenziyasını təhlükəyə düşməsi, məhkəmə qərarı ilə çap və ya onlayn medianın fəaliyyətinin müvəqqəti və ya daimi dayandırılması nəticəsini doğura bilər və eləcə də media azadlığından və jurnalist hüquqlarından sui-istifadə halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati məsuliyyət yarada bilər.

Hərbi vəziyyət, fövqəladə vəziyyət, dini ekstremizm və terrorizm məzmunu ilə bağlı – Qanunun 7-9-cu maddələri

  1. Qanunun 7-ci maddəsi deyir ki, “Hərbi və fövqəladə vəziyyət zamanı mediada çalışanların fəaliyyəti müvafiq olaraq, “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir”. Bu qanunların uyğun müddəaları isə fövqəladə və ya hərbi vəziyyət zamanı mediaya senzura tətbiq etməklə media tərəfindən yayıla və ya dərc edilə biləcək məzmunun məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunun 9-cu maddəsi də eynilə “terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” göstərişini nəzərdə tutmaqla, antiterror əməliyyatlarının keçirildiyi ərazilərə medianın girişini və terrorizmə qarşı əməliyyatlar və ya digər spesifik hallarla bağlı medianın yaya və ya dərc edə biləcəyi bilgilərin növləri və məzmununu məhdludlaşdırır. Bunlarla yanaşı qanunun 8-ci maddəsində “dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılan ərazidə media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir”, “dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir” və ““Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir” kimi göstərişlər əksini tapıb. Bu tənzimləmələrin dini ekstremizmə qarşı xüsusi əməliyyatların taktikasını ifadə edən, insanların həyat və sağlamlıqlarına təhlükə yarada bilən, xüsusi əməliyyatların keçirilməsinə maneçilik yaradan, dini ekstremizmi haqlı çıxaran və ya onu təbliğ edən, yaxud, bu əməliyyatlarda kimlərin iştirak etməsi və ya əməliyyatlara kimlərin yardımçı olmasını təsvir edən informasiyaları nəzərdə tutduğu anlaşılır.
  2. “Hərbi vəziyyət haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarda yer alan hökmlərin legitim və mütənasib olub-olmaması abstract şəkildə qiymətləndirilə bilməz. Bununla birlikdə, böhran zamanı ifadə və məlumat azadlığının qorunması ilə bağlı Avropa Şurasının təlimatlarında da vurğulandığı kimi, dövlətlər mediada çalışanların hərəkət azadlığı və bilgilərə çatım haqlarını böhran bəhanəsi ilə gərəksiz yerə məhdudlaşdırmalardan çəkinməlidir. Venesiya Komissiyası da bənzər şəkildə “fövqəladə vəziyyət durumlarında ifadə azadlığının məhdudlaşdırılmasının, ictimaiyyəti icra hakimiyyətinin artırılmış səlahiyyətləri üzərində mühüm nəzarətdən məhrum edəcəyini” vurğulayıb. Bundan başqa, “fövqəladə vəziyyət durumları demokratiyanı, fundamental hüquqları və insan haqlarını, eləcə də hüququn üstünlüyünü təsirləndirdiyi üçün” “fövqəladə vəziyyətin elan edilməsi və uzadılması, eləcə də fövqəladə vəziyyətin başlanması və tətbiqi üzərində medianın da nəzarəti (parlament və məhkəmə nəzarəti ilə yanaşı) həyati önəm kəsb edir”. Komissiya, spesifik olaraq terrorizmlə mübarizə ilə bağlı “terror böhranları zamanı mediada yayımlanan xəbərlərə gətirilən məhdudiyyətlərin qısa müddətli və yalnız müəyyən məlumat növlərinə aid edilməli olmasını…, mütənasiblik prinsipinə cavab verməli” olduğunu vurğulayıb. Jurnalistlər, Avropa Konvensiyasından irəli gələn vəzifələrinə uyğun olaraq, terror böhranları zamanı ümumi durumla bağlı toplumu bilgiləndirərkən azad olmalıdır; məsuliyyətli media prinsipləri isə özünütənzimləmə mexanizmləri vasitəsilə müəyyən edilməlidir”.
  3. Azərbaycanın rəsmi qurumları, böhran dövründə (yəni, hərbi vəziyyət və fövqəladə halları, dini ekstremizmə qarşı xüsusi əməliyyatlar və/və ya antiterror əməliyyatları zamanı) kütləvi informasiya vasitələrinin fəaliyyətinə dair tənzimləmələrin ictimai asayişi və başqalarının hüquqlarını qorumaq məqsədi güddüyünü qeyd ediblər. Bundan başqa, onlar, bu qaydaların jurnalistlərin peşəkar fəaliyyətinə mane olmadığını, əksinə, jurnalistlərin təhlükəsiz şəraitdə peşə fəaliyyətləri ilə məşğul olmalarına imkanlar yaratdığını və dövlət orqanlarını media nümayəndələrinə müvafiq faktlar və hadisələrlə bağlı ətraflı məlumat təqdim etməyə məcbur etməklə juralistlərin operativ informasiya əldə etməsinə kömək etdiyini əlavə ediblər. Lakin rəsmilərin təqdimatlarında vurğulananların heç biri müəyyən yerlərə çıxışla və ya yaya biləcəkləri bilgilərlə bağlı mediaya məhdudiyyətlərdən bəhs edən qanunun 7-9-cu maddələrindəki istinadlarda, habelə, “Hərbi vəziyyət haqqında”, “Fövqəladə hallar haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” və ya “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunların müddəalarından aydın görünmür. Bu kontekstdə, digər qanunlara edilən ümumi istinadların Konvensiyanın 10-cu maddəsinin mənasında yetərincə öncədən görülə bilən müdaxilələri təmin edib-etmədiyi də sorğu-sual edilə bilər. Venesiya Komissiyası, böhranlar zamanı (müharibə, təbii fəlakət, terror aktı və s.) dəqiq, vaxtında və hərtərəfli bilgiləndirmənin önəmini göz önünə alaraq, Qanunun ifadə azadlığına məhdudiyyətlər üçün daha aydın və əlçatan hüquqi əsasları təmin etməli olması qənaətindədir.

“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 Məhdudiyyətlərin qarşılıqlı tətbiqi ilə bağlı – Qanunun Maddə 11.4-ci maddəsi 

  1. Qanunun 11-ci maddəsinin 4-cü bəndində göstərilir ki, “11.4. Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.” Rəsmi qurumlar, bu müddəanın Azərbaycan jurnalistlərinin xaricdə peşəkar fəaliyyətlərinin müdafiəsi və onların fəaliyyətlərinə hər hansı müdaxilənin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini göstərmək üçün qanuna daxil edildiyini ifadə ediblər. Venesiya Komissiyası, istər xarici, istərsə də yerli olsun, jurnalistlərin fəaliyyətlərinin siyasi müdaxilələrə açıq olmaması və onların xəbər toplama haqlarına mümkün olduğu qədər az zərər verməsinin gərəkliliyi qənaətindədir. Hər hansı xarici yurisdiksiyanın Azərbaycandan olan bir və ya bir neçə jurnalistə qarşı məhdudiyyətlər tətbiq etməsi, həmin dövlətlərdən gəlmiş jurnalistlərə bənzər məhdudiyyətlərin tətbiq edilməsi üçün yetərli əsas yarada bilməz. Jurnalistlərə məhz mənsub olduğu ölkələrə görə belə yasaqların tətbiq edilməsi ayrı-seçici olacaq və onun Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində qeyd olunan qanuni məqsədlərdən birinə xidmət etdiyi, “qarşısıalınmaz sosial ehtiyac”dan qaynaqlandığı düşünülə bilməz. Bu səbəblərə görə, bu müddə Qanundan silinməlidir.
I Hissə  III Hissə IV Hissə V Hissə VI Hissə VII Hissə  VIII Hissə Yekun Rəy 

Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button