2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyi (çıxarış) (IV Hissə)

Avropa Şurası

Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası

(Venesiya Komissiyası)

 

“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY

I Hissə

II Hissə

Saytların yığılması Saytlarin yigilmasi

III Hissə

 

Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb.

 

“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 

Media reyestri ilə bağlı – Qanunun 73-76-cı maddələri

 

  1. Qanunun 73-cü maddəsi, media subyektləri (audiovizual, çap və onlayn media subyektləri və xəbər agentlikləri) və jurnalistlər haqqındakı məlumatların sistemləşdirilməsi məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən idarə edilən elektron databaza olan Media Reyestrinin yaradılmasını nəzərdə tutur. Media Reyestrinə daxil edilmə (jurnalistlərlə bağlı detallı məlumatlarla birlikdə), media subyektlərinin və jurnalistlərin media fəaliyyəti ilə məşğul olmalarının şərti (reyestrə daxil edilməyən jurnalistlərin akreditə edilməyəcəyini də göz önünə alsaq) olaraq, görünməkdədir. Jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün Qanunun 74.2-ci bəndində ən azı on iki şərt sıralanıb. Əmək müqaviləsi və ya mülki hüquqi müqavilə şərtlərindən əlavə, aşağıdakı digər lüzumsuz şərtlər də hədləri aşan şərtlər kimi görünməkdədir: 1) ali təhsilə malik olmaq; 2) ən azı üç illik iş təcrübəsi (təcrübəsi olmayan hər hansı gənc jurnalistin bu reyestrə daxil edilə bilməyəcəyi durumunda onların bu təcrübəni necə toplayacağı aydın deyil); 3) jurnalist ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş olmamalıdır; 4) məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır (bu şərt, AİHM-in Azərbaycanla bağlı qərarlarında jurnalistlərə qarşı cinayət törətmələri ilə bağlı əsaslı şübhə olmaya-olmaya cinayət qanunvericiliyinin tətbiqi ilə bağlı müəyyən etdiyi pozuntuların işığında xüsusilə problemli görünür); 5) jurnalistin işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır (bu şərt Azərbaycanda qeydiyyatdan keçməmiş müəyyən müstəqil media quruluşları ilə çalışan jurnalistləri avtomatik reyestrdən kənar tutur) və 6) jurnalistin çalışdığı media quruluşunun fəaliyyəti davamlıolmalıdır (bu şərt onlayn media quruluşları üçün xüsusilə, hədləri aşan görünür).

 

  1. Media Reyestrinin yaradılmasının məqsədləri aydın deyil. Hələ ki fəaliyyətə başlamayan sistemdə jurnalistlərin və media subyektlərinin qeydiyyatdan keçib-keçməməsinə necə qərar veriləcəyi aydın deyil. Reyestrdə qeydiyyatın könüllü olduğunu bildirən səlahiyyətli qurumlar, qeydiyyatdan keçməmənin nəticələrinin nə olacağına aydınlıq gətirməyiblər. Böyük ehtimalla, jurnalistlər və media subyektləri reyestrə daxil edilmədən qanuni olaraq, fəaliyyətlərini davam etdirə bilməyəcəklər (hətta qanunsuz sahibkarlıq ittihamı ilə üzləşə biləcəkləri də istisna deyil). Venesiya Komissiyasının qənaətincə, qanundakı kifayət qədər məhdudlaşdırıcı “jurnalist” anlayışı ilə jurnalistlərin qeydiyyata və akreditasiyaya alınmasına yönəlik sərt tələblərin kombinasiyasının, jurnalistlərin və media subyektlərinin bilgi yayma və toplumun bilgi alma hüququnu Konvensiyanın 10-cu maddəsinə zidd şəkildə məhdudlaşdıracağı təsirinə sahib olması real ehtimaldır. Bu səbəblərə görə, Venesiya Komissiyası Paktın 19-cu Maddəsinin 34 saylı Ümumi Şərhəndə vurğulanan “Jurnalistlərin ümumi dövlət qeydiyyatı və ya lisenziyalaşdırılması sistemləri Paktın 19-cu maddəsinin 3-cü bəndi ilə bir araya sığmaz” göstərişinə istinad edir. Bundan əlavə, medianın və “ictimai nəzarətçi” olaraq jurnalistlərin rolu, demokratik toplumlarda hakimiyyət orqanlarını və digər güc sahiblərini hesabatlı tutmaq olduğundan, dövlət səlahiyyətlilərinin zərurət olmadan jurnalistlərin şəxsi bilgilərini qeydiyyata alması, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə sistemli risklər yaradacaqdır.

 

Venesiya Komissiyası, jurnalistika fəaliyyəti ilə məşğul olan çox çeşidli aktorlarin jurnalist kimi qeydiyyata düşmələri və müxtəlif media quruluşlarının öz fəaliyyətlərini Azərbaycanda Konvensiyaya uyğun həyata keçirə bilmələri üçün bu tələblərin, xüsusilə də təhsil, müqavilə, təcrübə və məhkumluqla bağlı və təfərrüatlı şəxsi məlumatların təqdim edilməsinə aid müddəaların ləğv edilməli olması qənaətindədir.

 

“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 

Digər məsələlərlə bağlı

 

  1. Qanun, onlayn media da daxil olmaqla, Azərbaycandakı media sektoru ilə bağlı demək olar ki, hər şeyi tənzimləməyi hədəfləyib (onlayn mediayı tənzimləyən ilk qanununvericilik olduğu görünür). Qanun, onsuz da məhdudlaşdırıcı olan qanunvericilik ortamındakı həddindən artıq tənzimləmənin aydın bir örnəyidir. Medianın İnkişafı Agentliyinin bir media nazirliyi rolunu üzərinə götürməsilə qanunun media hər hansı özünütənzimləməyə yer qoymaması və dolayısı ilə məsuliyyətli jurnalistikanın müstəqil qərar verə bilmə potensialını məhdudlaşdırması təəssüf doğurur.Qanunun yalnız tənzimlədiyi deyil, tənzimləmədiyi xüsusatlar da dəiqqətçəkicidir: fikir müxtəlifliyi, fəaliyyət azadlığını və media subyektlərinin və jurnalistlərin fəaliyyətinin stimullaşdırılmasını dövlətin əsas vəzifələrindən saysa da (Maddə 4) Qanunda jurnalistlərin hökumətin əlində olan məlumatlara çıxışı (hətta bununla bağlı ayrıca “İnformasiya əldə etmək haqqnda Qanun” olsa belə) və ya onların ifadə azadlığının təşviqi kimi jurnalistlərin işini asanlaşdırmağa yönəlik və ya dövlətin Azərbaycanda çalışan jurnalistlərin təhlükəsizliklərini təmin etmə vəzifələri ilə bağlı hər hansı müddəa əksini tapmayıb. Qanun, medianın “ictimai nəzarətçi” rolunu yerinə yetirməsi üçün gərəkli olan şərtləri təmin etməsi əvəzinə, medianın fəaliyyətinin məhdudlaşdırılmasına fokuslanıb.
I Hissə II Hissə  III Hissə V Hissə VI Hissə VII Hissə  VIII Hissə Yekun Rəy 

 Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button