2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Venesiya Komissiyası “Media haqqında” qanunla bağlı rəy verdi (çıxarış) (I Hissə)

Avropa Şurası Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası – (Venesiya Komissiyası)

“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY

Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb.

Qanunun tətbiq olunduğu çərçivə – Qanunun 3-cü maddəsi

  1. Qanunun 3-cü maddəsi onun “Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə…, habelə jurnalistlərə” şamil edilməsini nəzərdə tutur. Qanunun 5-ci maddəsinin 6-cı bəndinə görəsə, “Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində bu Qanunun tələblərinin pozulması halları aşkar edildikdə, Şura və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirir”. Azərbaycanın rəsmiləri müdafiə mexanizminin tətbiq dairəsinin genişləndirilərək Azərbaycandan kənarda fəaliyyət göstərən, ancaq fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş media qurumlarına da şamil edildiyini vurğulayaraq, onun neqativdən çox pozitiv təsirli olduğunu ifadə edib. Digər tərəflər isə əksinə, bu müddəanın Azərbaycandan kənarda tənqidi xəbərləmələri ilə tanınan media quruluşlarını hədəfə almaq məqsədi daşıdığını iddia ediblər. Qanunda yer alan “Azərbaycan Respublikasının ərazisinə və əhalisinə yönəlmiş fəaliyyətlər …, həmçinin jurnalistlər” kimi qeyri-müəyyən ifadələr, AFP, BBC, Reuters kimi beynəlxalq media quruluşlarının və onların müxbirlərinin (həmçinin, onlar media fəaliyyətinin xaricdən maliyyələşdirilməsini məhdudlaşdıran müddəaların təsir dairəsinə düşür) Azərbaycanla bağlı xəbər hazırlayarkən Qanunun təsirinə məruz qalmalarına qapıları açıq tutur. Qeyd edilən qanuni dəqiqliyin çatışmazlığı (öncədən görüləbilənlik əksikliyi) və Qanunun tətbiqindəki ziddiyətləri (bəzi media quruluşlarının mənşə ölkələrinin yurisdiksiyasına tabe olmaqla yanaşı, fəaliyyətlərinin “Azərbaycan Respublikasının ərazisinə və əhalisinə yönəlik” hesab edilib-edilməməsinə bağlı olaraq, həm də Azərbaycanın yurisdiksiyasına və tənzimləyici qurumlarının təsir dairəsinə tabe olması) göz önünə alan Venesiya Komissiyası bu müddəaların Qanundan çıxarılmasını tövsiyə edir.
II Hissə  III Hissə IV Hissə V Hissə VI Hissə VII Hissə  VIII Hissə Yekun Rəy 

Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu

Saytların yığılması Saytlarin yigilmasi

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button