2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyi (çıxarış) (V Hissə)

Avropa Şurası

Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası

(Venesiya Komissiyası)

“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY

I Hissə
II Hissə
III Hissə
IV Hissə

Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb. Venesiya Komissiyasının rəyi

 

“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 

Saytların yığılması Saytlarin yigilmasi

İbtidai araşdırmalara aid bilgilərin yayılması ilə bağlı – Qanunun 15.1, 15.1.3 və 15.1.4-cü maddələri

 

  1. Qanunun 15.1.3-cü maddəsi “təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosedural rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma ilə bağlı məlumatların” yayılmasını qadağan edir. Qanunun 15.1.4-cü maddəsi isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi ilə bağlı icraat materiallarının əslinin nüsxələrinin yayılmasını” yasaqlayır.

 

  1. Cinayət prosesi haqqında informasiyaların mediada yayılması, Konvensiyanın 10-cu, ədalətli məhkəmə araşdırması hüququnu nəzərdə tutan 6-cı və özəl və ailə həyatına hörmət hüququnu təminat altına alan 8-ci maddələrinin kəsişdiyi bir mövzudur. Məhkəmə bununla bağlı ”məhkəmələrin nüfuzunu və tərəfsizliyini qorumaq üçün Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə ifadə azadlığına məhdudiyyətlərə icazə verilməsinin, Dövlətlərə məhkəmə baxışında olan bütün işlərlə bağlı ictimai müzakirələrə məhdudiyyət tətbiq etmək səlahiyyəti tanımadığını vurğulayır. Məhkəmələr, şəxslərin hər hansı cinayət işi çərçivəsində təqsirsiz və ya təqsirli olmasının müəyyən edildiyi forum olsa da, bu, məhkəmədə baxılan cinayət işi ilə bağlı ixtisaslaşmış jurnallarda, ümumi mediada və ya daha geniş anlamda ictimaiyyət arasında öncədən və ya proseslə eyni vaxtda müzakirələrin aparıla bilməyəcəyi mənasına gələ bilməz. Cinayət prosesi ilə bağlı informasiyaların media vasitəsilə yayılmasına dair Rec(2003)13 saylı Tövsiyədə qeyd olunduğu kimi, əgər Konvensiyanın 6, 8 və 10-cu maddələri ilə qorunan maraqlar arasında toqquşma baş verdikdə, kəsişən maraqlararası tarazlıq təmin edilərkən hər işin özəllikləri nəzərə alınmalıdır. Ümumi prinsip bundan ibarətdir ki, “Toplum, məhkəmə məqamları və polis qurumlarının fəaliyyətləri haqda media vasitəsilə məlumat ala bilməlidir. Bu səbəbdən jurnalistlər, yalnız aşağıda ifadə edilən prinsilərə uyğun məhdudiyyətlərə tabe olmaqla, cinayət sahəsini tənzimləyən ədalət sisteminin fəaliyyəti haqqında azad şəkildə xəbərləyə və rəylərini ifadə edə bilməlidirlər”. Bu məhdudiyyətlər təqsirsizlik prezumpsiyası, şübhəlilərin, təqsirləndirilən şəxslərin və ya məhkumların, həmçinin cinayət prosesinin digər iştirakçılarının (yetkinlik yaşına çatmayanlar və ya digər həssas qrupların üzvləri olan şəxslər; zərərçəkmişlər; şahidlər; təqsirləndirilən şəxslər və ya məhkumların ailələri xüsusi qorunur) gizli həyatının müdafiəsi hüququnu əhatə edir (məhdudiyyətlər bununla məhdudlaşmır). Bundan əlavə, məhdudiyyətlər eyni zamanda məhkəmə orqanlarının üzərinə “təhqiqatların və polis araşdırmalarının məxfiliyinə xələl gətirməməsi və ya prosesin nəticəsini gecikdirməməsi, yaxud prosesə mane olmaması şərti ilə atdığı mühüm addımlar barədə medianı məlumatlandırmaq” öhdəliyi də qoyur. Məhkəmənin açıq şəkildə ifadə etdiyi kimi, “məlumatların media tərəfindən təqdimatı, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindəki məqsədə nail olunmasına, yəni, demokratik cəmiyyətin əsas prinsiplərindən olan ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinə qatqı verir”.

Venesiya Komissiyasının rəyi

  1. Əvvəlki rəylərində Venesiya Komissiyası, cinayət və ya inzibati icraat haqqında məlumatların xəbərlənməsi ilə bağlı bəzi məhdudiyyətlərlərə haqq qazandırıla biləcəyini orəli sürüb və məhkum edilmiş yetkinlik yaşına çatmayanların şəkillərinin, şəxsiyyətlərinin və şəxsi məlumatlarının yayılmasının bütün hallarda qadağan edilməsinin vacibliyini vurğulayıb. Məsələn, qurbanların kimliyinin qorunması və ya təqsirsizlik prezumpsiyasının pozulmaması üçün oxşar məhdudiyyətlər tətbiq edilə bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, bu cür spesifik məhdudiyyətlər, məlumatların yayımlanması üçün rəsmi qurumlardan əvvəlcədən icazənin alınması tələbindən əsaslı şəkildə fərqlidir. Səlahiyyətli qurumlar öncədən icazə alınması tələbinin yalnız Cinayət Prosessual Məcəlləsinə əsasən məxfi sənədlər statusu verilmiş konkret sənədlərə yönəlik olduğunu qeyd ediblər. Lakin Qanunun 15-ci maddəsində konkret hansı sənədlər qrupuna istinad edildiyi aydın deyil (belə qeyri-müəyyənlik jurnalistlərin özünüsenzurasına yol aça bilər. 15.1.3-cü maddə yalnız ibtidai istintaqla bağlı məlumatlar üçün keçərliykən, 15.1.4-cü maddədə “cinayət təqibi materiallarının əsil nüsxələri”nə istinad edilir. İctimaiyyətin cinayət və inzibati icraatlar haqda məlumat almaq haqqı, jurnalistlərin və media qurumlarının belə məlumatları yaymaqla xidmət etdikləri ictimai maraqlarla ədalətli məhkəmə araşdırması və prosesin birbaşa iştirakçılarının şəxsi həyatlarının məhrəmliyi arasında balans yaratmaq öhdəliklərinin olmasına rəğmən, jurnalistlərin və media subyektlərinin bu cür məlumatların yayılması üçün qabaqcadan icazə istəməsi tələbi ilə uyğun gəlmir. Venesiya Komissiyası, qeyd edilənlərin işığında 15.1.3 və 15.1.4-cü bəndlərin qanundan silinməsini və ya ən azı, Qanunda ibtidai istintaq və ya cinayət təqibi ilə bağlı konkret hansı sənədlərin yayılması üçün əvvəlcədən icazənin tələb olunmasının dəqiqləşdirilməsini – bu tələbin konkret, dar çərçivədə müəyyən edilmiş sənədlər siyahısına aid olmasının ifadə edilməsini, həmin sənədlərlə bağlı öncədən icazə tələbinin ağlabatan olmasının və üstün maraqdan irəli gəlməsinin əsaslandırılmasını tövsiyə edir.
I Hissə II Hissə  III Hissə IV Hissə  VI Hissə VII Hissə  VIII Hissə Yekun Rəy 

Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu

“24 saat”

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button