2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyi (çıxarış) (VI Hissə)

Avropa Şurası

Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası

(Venesiya Komissiyası)

“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY

I Hissə
II Hissə
III Hissə
IV Hissə
V Hissə

Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb.

 

“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 

Saytların yığılması Saytlarin yigilmasi

Gizli yolla əldə edilmiş audio-vizual qeydlərdən istifadə ilə bağlı – Qanunun 21-ci maddəsi

 

  1. Qanunun 21-ci maddəsi mahiyyət etibarı ilə səsi yazılan və ya fotoqrafı çəkilən şəxsin yazılı razılığı olmadan və ya məhkəmə tərəfindən icazə verilmədən, onun gizli audio, video və foto çəkilişlərini yasaqlayır. Venesiya Komissiyası, üçüncü şəxslərin hüquqlarının qorunması şərti ilə, xüsusilə ictimai fiqurlar müzakirə mövzusudursa, ictimai maraqların gizli səs yazısı qeydə alınmış, video və ya fotosu çəkilmiş şəxsin şəxsi həyatına hörmət hüququndan daha üstün ola biləcəyi düşüncəsindədir. Şəxsin razılığı və ya məhkəmə qərarı olmadan belə yazıların və fotoşəkillərin istifadəsi və ya yayılmasına istisnasız bir qadağanın tətbiqi Konvensiyanın 10-cu maddəsi ilə bir araya sığmaz. Konvensiyanın 10-cu maddəsi ilə Konvensiyanın 8-ci maddəsi çərçivəsindəki hüquqlar arasında ədalətli balansın incələndiyi bir işdə ictimai xadimin gizli çəkilmiş video görüntülərindən əldə edilmiş intim fotoşəkillərinin müşayət etdiyi məqalə ilə bağlı Məhkəmə qərar verdi ki, Konvensiyanın 8-ci maddəsi şəxsin özəl həyatı haqqında məlumat dərc edilməzdən əvvəl şəxsin məlumatlandırılması tələbini nəzərdə tutmur. Bu baxımdan, gizli səs yazısı, video və ya foto çəkiliş üçün istisnasız olaraq bütün hallarda həmin şəxsin razılığının alınması və ya bunun üçün məhkəmə icazəsinin əldə edilməsi tələbi mütənasib və qeyri-mümkün görünür və buna görə də həmin tənzimləmələri nəzərdə tutan maddə qanundan çıxarılmalıdır.

 

Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 

Gizli jurnalist qaynaqlarının açıqlanması ilə bağlı – Qanunun 15.3-cü maddəsi

 

  1. Qanunun 15-ci maddəsinin 2-ci bəndinə görə, “məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməzlər”. Qanunun 15-ci maddəsinin 3-cü bəndi isə məsul redaktordan və ya jurnalistdən məhkəmənin hökmü əsasında aşağıdakı hallarda öz mənbələrini açıqlamağı tələb edir: insan həyatını qorumaq; ağır və xüsusilə ağır cinayətlərin (yəni minimum yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlərin) qarşısının almaq; ağır və ya xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsi müdafiəsi üçün.
  2. Jurnalist qaynaqlarının qorunması AİHM-in müxtəlif işlərdə dəfələrlə qeyd etdiyi kimi mətbuat azadlığının təməl daşlarından biridir. Jurnalist qaynaqları bu cür qoruma olmadan ictimai maraq kəsb edən məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqda mətbuata kömək etməkdən çəkinə, bu da mətbuatın həyati “ictimai nəzarətçi” rolunu baltalaya, onun doğru və etibarlı xəbərləmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Jurnalist qaynaqlarının qorunmasının demokratik toplumlarda mətbuat azadlığı baxımından önəmi və bir qaynağın açıqlanması qərarının bu azadlığın istifadə edilməsi üzərindəki potensial çəkindirici təsiri nəzərə alındıqda, Venesiya Komissiyasının xüsusilə Azərbaycana münasibətdə qeyd etdiyi kimi, hər hansı bir müdaxilə, ictimai maraqlarla bağlı ağır gələn dəlillərlə əsaslandırılmadıqca, Konvensiyanın 10-cu maddəsi ilə uzlaşa bilməz. Qanunun 15-ci maddəsinin 3-cü bəndi jurnalist qaynaqlarının qorunması ilə bağlı istisnalar müəyyən etsə da, jurnalist və ya redaktor, hətta hər hansı cinayətin qarşısını alsa belə, həmin bənddə sadalanan səbəblərə görə öz mənbələrini bütün hallarda açıqlamağa məcbur edilməməlidir.

 

  1. Avropa Məhkəməsi jurnalist qaynaqlarının qorunması ilə bağlı işlərdə tez-tez jurnalistlərin öz qaynaqlarının açıqlamamaq hüququna dair R(2000)7 saylı Tövsiyəyə istinad edir. Venesiya Komissiyası, əvvəlki rəylərində olduğu kimi jurnalistlərin Qanunun 15-ci maddəsinin 2-ci bəndində təsbit edilən məlumat qaynaqlarını açıqlamamaq hüququnu konkret bir müddəa ilə daha da təkmilləşdirmək üçün Qanunun 15-ci maddəsinin 3-cü bəndinin R(2000)7 saylı Tövsiyəyə  uyğunlaşdırılmasını tövsiyyə edir. Komissiya, həmin müddəada yalnız məhkəmələrin qaynaqların açıqlanmasına qərar verə biləcəyini qeyd edir, belə qəraların verilməsi isə (i) qaynağın açıqlanması üçün digər ağlabatan alternativ vasitələrin mövcud olmaması və ya bu vasitələrin açıqlamanı istəyən şəxslər və ya dövlət orqanları tərəfindən artıq istifadə olunmuş olması; (ii) qaynağın açıqlanmasını zəruri edən legitim marağın, qaynağın gizli saxlanmasını vacib sayan ictimai maraqdan üstün olması və qaynağın açıqlanmasının son dərəcə zəruri olmasının artıq sübut olunması; qaynağın açıqlanmasını zəruri edən situasiyanın kifayət qədər həyati və ciddi xarakter daşıması və  “qarşısıalınmaz sosial tələbatdan” doğması kimi şərtlərə bağlı olmalıdır.

 

I Hissə II Hissə  III Hissə IV Hissə V Hissə VII Hissə  VIII Hissə Yekun Rəy 

Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button